Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Emmanuel Makrona nə deyib... - Türkiyə mətbuatında maraqlı detal

“Ermənistanın təsirlərə uyaraq, qızışıb hücum etməsindən sonra başlayan döyüşlərdə bu vəziyyətə hazır olan Azərbaycan 28 illik itkilərini bərpa edərək irəliləyir. Azərbaycanlılar işğal altında olan torpaqlarının hamısını bir neçə həftə ərzində ala biləcəklərinə inanırlar...”

Bizimyol.info xəbər verir ki, Türkiyə mediasında yayımlanan bu fikirlər qardaş ölkənin məşhur yazarı Fatih Altaylıya aiddir.

Türkiyəli yazar vurğulayır ki, Ermənistanı Azərbaycana hücum məsələsində qızışdıranın Fransa prezidenti Emmanuel Makron olduğu sirr deyil.

“Ağ dənizin şərqində Türkiyəni zəiflətmək üçün bu ölkəyə yeni cəbhə açmaq, daha bir məşğuliyyət yaratmaq lazım olduğunu düşünən Makronun Ermənistanın hücumunun arxasında dayanan şəxs olduğu artıq çoxlarına məlum olan sirdir. Eynilə Makronun Livandakı ermənilərin bir hissəsini Qarabağa yerləşdirmək cəhdləri kimi...

Azərbaycanın Makronun gözləmədiyi şəkildə sərt və təsirli cavabı yəqin ki, Fransa prezidentini çaşdırıb. O, bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Yol-yöndəm bilməyən Makronun Əliyevlə telefon danışığında da həddini aşması qaçılmaz idi. Onun Əliyevə “Türkiyə sizə silah-sursat yardımı edirmi?” sualında əslində ittiham vardı.

Əliyev həddini aşan fransızın bu sualına şillə kimi cavab verdi: “Əgər ehtiyacımız olsa, Türkiyə bizə hər cür yardım göstərər. Amma narahat olmayın, bizim yetərincə pulumuz və imkanımız var. Bütün silahlarımızı pulumuzla alırıq. Əgər istəsəniz, sizdən də ala bilərik”. Bu cavabdan sonra Makron susub qaldı...”, - deyə Fatih Altaylı yazır.

Son xəbərlər
Bütün xəbərlər »