Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kasıbları sevindirən aviaşirkət: hətta 1 avroya da biletlər satır

İrlandiyanın ucuzqiymətli hava yolları şirkəti “Ryanair” səyahətçilərin sevimlisidir. Aviaşirkət düz 35 ildir yaxşı səviyyədə fəaliyyət göstərir.

Bizimyol.info xəbər verir ki, “Ryanair” ilk uçuşunu 1985-ci il iyulun 8-də həyata keçirib.

Ryanair

Həmin gün İrlandiyanın Vaterford şəhərindən Böyük Britaniyanın paytaxtı Londona “HS 748” yola düşüb.

Avropa İttifaqı 1992-ci ildən İrlandiya şirkətinə qitənin başqa ölkələrinə də uçmağa icazə verir. İndi Avropada “Ryanair”in reyslərindən ucuzunu tanımırlar. Aviaşirkətin hətta 1 avroya bilet satdığı məqamlar da olur.

Qiymətlər əsasən 10 avrodan başlayır. “Ryanair” bir çox hallarda köhnə təyyarələrə görə qınanılsa da, şirkət təhlükəsizlik tədbirlərinə maksimum əməl edir.

“Ryanair”in bazasında 300-dən çox təyyarə var. İrlandiya şirkəti 13 mindən çox insana məvacib ödəyir. Qlobal böhran “Ryanair”ə xeyli zərbə vursa da, aviaşirkət kasıbları hələ çox sevindirəcək.

Son xəbərlər
Bütün xəbərlər »