Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur alim koronavirusa yoluxdu - Foto

Filologiya elmləri doktoru, professor, böyük dilçi alim İdris Abbasov və xanımı koronavirusa yoluxub. Maddi durumu yaxşı olmayan həkim və həyat yoldaşı evdə müalicə alırlar.

Mən dörd sistemdən sonra yaxşıyam. Yoldaşım səkkiz sistemdən sonra boğulma və şiddətli əsəb ağrıları keçmir.Bütün dərmanları edir. Güvəniləcək səhiyyə yox

Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur. Səhiyyəyə güvən qalmadı. Ümud Allaha və bir-birimizədir yalnız. Evdə hökm sürən gərginlik təbii ki , uşaqlara da travmadır. Real şərait onları da müalicə prosesinin vacib subyektlərinə çevirib. Səhiyyəyə ayrılan vəsait vətəndaşın tibbi ehtiyyaclarına sərf edilsəydi, daha effektli nəticə alınardı”,- deyə alim öz vəziyyəti haqqında bildirib

Virusdan qorunmaq üçün mərkəzdən kənardakı küçələrdə görünən tədbirləri gözə kül üfürmək adlandıran alim əsəblərini cilovlaya bilməyib, bunları dilə gətirib:

“Nə oldu? Bəs blokları dezinfeksiya edirdiniz. Elə 2-3 dəfə? Gözə kül üfürmək idi? Düz edirsiniz. Əsas diqqət edin pulları, mülkləri olan, talayıb yığan məmurların, nazirlərin, deputatların, onların əlaltılarının yaşadıqları evlərə, binlara, xüsusən yeni tikililərə. Onlara bir şey olarsa, mülkləri qalar. Bizim nəyimiz qalacaq? Bir Allahın açıq havasıdır. Onu da həmin imkanlıların karantin çağırışları məhdudlaşdırıb”.

İlhamə

 İdris Abbasov

Son xəbərlər
Bütün xəbərlər »