Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada Leninin heykəli kimə lazımdır - Video

Postsovet məkanında sosializmin əsas simalarından olan Vladimir Leninin heykəllərinin əksəri dağıdılıb.

Əvəzində indi Qərb ölkələrində SSRİ-nin qurucusunun heykəlinə rast gəlinməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Almaniyanın Helzenkirxen şəhərində Leninin heykəlinin açılışı olub. Deutsche Welle” bununla bağlı reportaj hazırlayıb.

Almaniyanın Marksist-Leninist Partiyası özünə ad günü hədiyyəsi edib. Partiyanın yaradılmasının ildönümündə qərargahın qarşısında Leninin heykəlinin açılışı olub. Heykəl 1957-ci ildə Çexiyada hazırlanıb. İki metr hündürlüyündəki çuqun abidəni internetdən 16 min avroya alıblar.

Sol radikal partiya 1982-ci ildə yaradılıb. Təxminən 3 min üzvü var. Amma Almaniya Demokratik Respublikasına və SSRİ-nin imperialist siyasətinə isti yanaşmırlar.

Açılışda partiya sədri Qabi Fextner müharibələri alovlandıranları, quldarları, despotları Yer üzündən silmək zamanı çatdığını deyib. Tam vaxtında inqilabçının heykəlini yerləşdirdiklərini bildirib. Sədr bu addımın həm də rəmzi məna daşıdığını deyib.

Təşkilatçıların açıqlamasına görə, açılışda 800 nəfər iştirak edib. Amma heç də hamı buna bayram kimi yanaşmır. Reportajda arxa cərgələrdən bir nəfərin səsi eşidilir: “Lenin mənim qohumlarımın qanını içməyi xoşlayırdı. Siz də mənim qanımı içmək istəyirsiniz?”

Sonradan həmin şəxsin Yekaterina Maldon olduğu müəyyənləşir. Qadın Almaniyaya Rusiyanın paytaxtı Moskvadan gəlib. O, SSRİ-ni böyük konslager adlandırır. Yekaterina Leninin kütləvi ölümlərə imza atdığını deyir. Təşkilatçılar Maldonu heykəldən uzaqlaşdırırlar. Amma polisin yaxına gəlməyə imkan vermədiyi neonasistlər də durduqları yerdən Leninin əleyhinə şüarlar səsləndirir.

Əslində, Helzerkirxen şəhər rəhbərliyi də heykəlin açılışın əleyhinədir. Amma qanunvericilik özəl ərazidə hər hansı addım atılmasına mane olmağa imkan vermir.

Son xəbərlər
Bütün xəbərlər »