Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-ın qoşununu Almaniyadan çıxarması səbəbini izah etdi

Rəsmi Vaşinqton ABŞ-ın Almaniyada yerləşdirilmiş hərbi kontingentinin sayını Berlinin Şimali Atlantika Alyansı qarşısındakı külli miqdarda borcuna görə azaldacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.

ABŞ lideri qeyd edib ki, Birləşmiş Ştatlar "Almaniyadakı qoşunun sayını xərclərin baha başa gəlməsi səbəbindən azaldır", amma “alman tərəfi "NATO-ya ödənişləri saxlayır". "Onlar çox pul borcludurlar. Onlar hesab üzrə ödəmirlər”, - ABŞ prezidenti əlavə edib.

Onlar 2% ödəməlidir, amma 1% ödəyirlər", - deyə Donald Tramp deyib.

ABŞ rəhbəri daha əvvəl NATO-ya üzv bütün ölkələrdən müdafiə xərclərini ümumi daxili məhsulun 2%-inə qədər qaldırmağı tələb edirdi.

"Güman edilir ki, biz Almaniyanı Rusiyadan müdafiə edirik, bəli? Amma eyni zamanda Almaniya Rusiyaya enerjidaşıyıcısılarına görə milyardlarla ABŞ dolları ödəyir", - ABŞ lideri əlavə edib.

Tramp daha əvvəl qeyd edib ki, ABŞ Almaniyadakı hərbi kontingentini 25 min nəfərə qədər azaltmaq niyyətindədir. Onun sözlərinə görə, hazırda ABŞ-ın bu ölkədə 52 min hərbi qulluqçusu yerləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »