Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da etirazların yeni dalğası başlayır: barrikadalar qurulur - Video
ABŞ-da etirazlar böyüyür: Marketləri soyurlar - Video

Polis əməkdaşının qaradərili Corc Floydu öldürməsindən sonra ABŞ böyük etirazlar yerinə çevrilib.

Etirazçılar nəinki sakitləşmir, hətta yeni mübarizə metodları haqda düşünürlər.

Bizimyol.info xəbər verir ki, ABŞ-da etirazların yeni dalğası başlayır. Artıq küçələrdə barrikadalar qurulur. Portlenddə solçu qrup kimi tanın “Antifa” bu məsələdə xüsusi təşəbbüs göstərir. Sietldə hadisələr daha təhlükəli mənzərə yaradıb. Ortada silahlı qruplaşmalar gəzir. Onlar da küçələrdə barrikadalar qurub.

Həftənin əvvəli də çox gərgin keçmişdi. Etirazçılar əsasən vaxtilə qul ticarəti ilə məşğul olmuş tarixi şəxsiyyətlərin heykəllərinə hücum edirdi. Xristofor Kolumbun heykəli də onların qəzəbinə tuş gəlmişdi.

Corc Floyd mayın 25-də Minneapolisdə öldürülmüşdü. Ağdərili polis əməkdaşı Derek Şovin 8 dəqiqə 46 saniyə dizini onun boğazına sıxaraq, afroamerikalının ölümünə səbəb olmuşdu.

Paylaş »
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Baş Prokurorluq əsgər ölümü ilə bağlı açıqlama verib
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
Son xəbərlər
Bütün xəbərlər »