Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arif Hacılı: "Karantini pozanların terrorçu kimi saxlanması vəziyyəti gərginləşdirir"

Dünən Yasamal rayonu ərazisində çoxmərtəbəli yaşayış binasından ərazidə xidmət göstərən vətəndaşların üzərinə zibil və şüşə qablar atılması bu gün əraziyə Çevik Polis Alayının əməkdaşlarının toplanması ilə nəticələnib. Polislər evləri gəzərək, insidentə səbəb olmuş 11 nəfəri saxlayaraq , bölməyə aparıblar.Polislərlə vətəndaşlar arasında yaranmış bu insidentə sosial şəbəkə izləyicilərinin münasibətləri fərqli olub. Bəziləri karantinlə bağlı görülən tədbirləri çox sərt hesab edib, bəziləri polisə haqq qazandırıblar.

Bizimyol.info-ya açıqlama verən “Müsavat” partiyasının başqanı Arif Hacılı bu gün yaşananlara belə münasibət bildirib:

Arif Hacılı Arif Hacılı

“Karantin qaydalarına əməl etməyənlərin terrorçu kimi saxlanması, adi ictimai qaydanı pozanların üzərinə qoşun göndərilməsi ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir. İnsanların boz həyatını bir az da qaraldır. Vətəndaşlara qarşı belə zorakılıqlara son qoyulmalıdır.

Bütün dünyada belə davranışlara qarşı gedən böyük mübarizədən, dövlətlər və hakimiyyətlərin düşdüyü ağır vəziyyətdən nəticə çıxarılmalıdır. Etiraz karantinə yox, qaydaları pozanlara qarşı aşırı güc tədbiq edilməsi, insanlarla düşmən kimi davranılması ilə bağlıdır.

Mənim təklif etdiyim vaxt karantin tədbiq olunsa, sərhədlər bağlansaydı, indiki ağır vəziyyət də yaranmazdı”.

Millət vəkili Arzu Nağıyev isə baş verənləri fərqli şəkildə dəyərləndirir:

Arzu Nağıyev Arzu Nağıyev

“Polislər vəzifə başında idilər və onlara əmr ediləni yerinə yetirməklə mükəlləfdirlər. İkincisi də polis xidməti borcunu yerinə yetirərkən durduğu yerdə onun başına zibil, şüşə atılırsa o nə cavab verməli idi? Tutaq ki, o polislərin yerində qınayanların öz övladları olaydı və başlarına atılan şüşə qablardan travma alaydılar. Nə düşünərdilər? Xaricdə polis atlarla etirazçıları dağıdır, bellərinə çıxır, ona bir kəlmə söz demirlər, öz polisimiz olanda asıb , kəsirik. Hesab edirəm ki, şənbə-bazar günlərində Azərbaycan polisi öz işini kifayət qədər peşəkarlıqla yerinə yetirdi, bütün kömək çağırışlarına getdi, dəfələrlə xahiş etdi, ki evdə qalın, qanuna , qadağaya əməl edin.Bunlar çıxıb damda domino oynayır, kabab çəkir, polislə qaçdı- tutdu oyununa girirlər. Bilirsən 2 gün hər yer bağlı olacaq, get tədarükünü gör də. Axı öncədən də deyildi. Bizim insanlarımızda əllərinə fürsət düşən kimi bunu şouya çevirmək, mənasız şeylər düşünmək qabiliyyəti yüksəkdir. Siz inanırsınızmı,Tovuz rayonunda su quyusu qazdırılıb,bir nəfərə də deyiblər ki, sənin həyətinin ərazisinə salaq, sayğaca filan nəzarət elə, bundan ötrü də ayda müəyyən məbləğ də ödənilir ona. İndi eşidirəm ki, həmin adam suyu camaata satır. İndi buna nə deyəsən? Vətəndaşlar özləri qaydaları pozub sonra hay- küy salırlar. Polis birmənalı şəkildə düz edib, sadəcə öz işini görüb”,- deyə deputat qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »