Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada müharibə başa çata bilər - Video

Rusiya mətbuatının yazdığına görə, Suriya üzrə konstitusiya komitəsinin onlayn görüşü fikir ayrılığı üzündən baş tutmayıb. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen tərəflərin bu formatda görüşə isti yanaşmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Pedersen həmsədrlərin yaxın vaxtlarda Cenevrədə canlı görüşün tərəfdarı olduğubu söyləyib. Türkiyə mətbuatında bu məsələ Suriya müharibəsinin bitmə ehtimalı kimi qiymətləndirilir. Qardaş ölkə mediası yazır ki, yeni yaradılan konstitusiya komitəsinin problemin həllində taleyüklü rol oynayacğı gözlənilir. Prezident Bəşər Əsəd və müxaliflər sülhün müzakirəsi üçün masa arxasına keçməyə hazırdır.

Pedersen danışıqlarla bağlı nikbin düşünür. Onun fikrincə, 10 ildir davam edən müharibəni onlayn görüşlə bitirmək olmaz. Tərəflərin masa arxasına keçməsi ən optimal variantdır. Pedersen jurnalistlərlə söhbətində ABŞ və Rusiyanın bu məsələdə vacib rol oynadığıı xüsusi vurğulayıb. BMT-nin nümayəndəsi bu ölkələrdən sülhün bərqərar olunması üçün kömək istəyib.

Son xəbərlər
Bütün xəbərlər »