Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da işsizlik rekord səviyyəyə çatıb

ABŞ-da kənd təsərrüfatına aid olmayan məşğulluq koronavirus pandemiyasının təsiri nəticəsində aprel ayında rekord səviyyədə (20,5 milyon) azalıb.

Bu barədə ABŞ-ın Əmək Departamenti açıqlama yayıb. Bildirilib ki, son dövrlər pandemiya səbəbiylə tətbiq olunan məhdudiyyətlər nəticəsində ABŞ-da işsizlik səviyyəsi 14,7 faizə çatıb və kənd təsərrüfatına aid olmayan məşğulluq göstəricilərində ən yüksək düşüş qeydə alınıb. Bununla pandemiya dövründə ölkə üzrə işsizlərin sayı 15,9 milyon artaraq 23,1 milyona çatıb.

Qeyd edək ki, işsizlik səviyyəsində rekordun qeydə alınmasına baxmayaraq, bundan əvvəl mütəxəssislərin proqnozlaşdırdığı rəqəm daha böyük idi (16 %). (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »