Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın yeni "müalicə üsulu" ABŞ-da aranı qarışdırıb: "Televizordakı şarlatan"

ABŞ prezidenti Donald Tramp vaxtaşırı öz "həkim" məsləhətləri ilə gündəmə gəlir. İddialara görə, koronavirusun müalicəsi ilə bağlı onun bəzi təklifləri ağır nəticələrə də gətirib çıxarıb. ABŞ prezidentinin təklif etdiyi dərmanlardan özbaşına istifadə ağır fəsadlar törədib. Amma bütün bunlar ABŞ liderini "həkimlik"dən çəkindirməyib.

Bizimyol.info xəbər verir ki, onun sonuncu tövsiyəsi daha təhlükəli olub. Tramp dezinfeksiya məhlullarının insan orqanuzminə yeridilməsi ilə müalicənin mümkünlüyü ideyasını ortaya atıb. Gündəlik brifinq zamanı prezident öz fikirlərini bölüşüb. Onun fikrincə, əgər dezinfeksiya məhlulları virusu bir dəqiqənin içində məhv edə bilirsə, onda o məhlulları insan orqanizminə inyeksiya etməklə ağciyərlərə çatdıra bilsək, virusları orqanizmdə öldürmək olar.

Koronavirus, dezinfeksiya

Qeyd edək ki, virusu laboratoriya şəraitində və ya səthlərdə məhv etməyin bir çox üsulları var, amma bu üsullar virusu insan hüceyrələrində tapıb məhv etmək üçün keçərli deyil. Ona görə də bu açıqlamanın dərhal ardından həkimlər və dezinfeksiya məhlullarının istehsalçıları həyəcan təbili çalmağa başlayıblar. Onlar insanların bu məhsulları iynə ilə özlərinə vurması, içməsi və ya sistemli qaydada iyləməsindən ehtiyatlanırlar. Çünki belə məhlulların insan orqanizminə iri həcmlərdə yeridilməsi ölümlə nəticələnə bilər və orqanizmdə virusa qarçı heç bir effekti yoxdur.

ABŞ-da bir çox həkimlər Trampın bu açıqlamasını "axmaq məsləhət" adlandırıblar. Mətbuat isə Trampı "televizordakı şarlatan-həkim" adlandırıb.

Dezinfeksiya məhlullarının istehsalçıları artıq qabların üzərində xüsusi xəbərdarlıqlar yerləşdirməyə başlayıblar. Bu xəbərdarlıqlarda insanları həmin məhlulları orqanizmə yeritmək, içmək və iyləməkdən çəkindirirlər.

Növbəti brifinqdə isə Tramp bu açıqlamanın "zarafat" olduğunu bildirib və bunu ciddiyə aldığına görə mətbuatı qınayıb.

Son xəbərlər
Bütün xəbərlər »