Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya hökuməti virusa görə əhaliyə pul paylayır

Yaponiyada koronavirusa görə insanlara pul vermək qərarına gəliblər. Yerli hökumət konkret sosial yardım nəzərdə tutan tədbirlər planı həyata keçirir.

Bizimyol.info xəbər verir ki, Yaponiya hökuməti virusa görə əhaliyə pul paylamağa başlayır. Hər vətəndaşa 100 min yen (təxminən 926 dollar) verilməsi planlaşdırılır.

Yaponiya hökuməti əvvəlcə hamıya pul verməyi düşünmürdü. Vətəndaş qazanc mənbəyini itirməsini sübut etməliydi. Sonradan hökumət məsələyə münasibəti dəyişdi. İndi hamıya pul paylamaq fikrinə gəliblər.

Yaponiya hökuməti qarşıdakı üç ayda əhaliyə pul verməyi planlaşdırır. Belə addım atmağı qətiləşdirən təkcə yaponlar deyil. Məsələn, ABŞ-da da vətəndaşlara təxminən bu qədər pul verirlər. Üstəlik, demokratlar təklif edir ki, yaşı 16-nı keçən hər vətəndaşa 2 min dollar ödənilsin.

Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu keçib. Bunun 680 minindən çoxu ABŞ-da yaşayır. Yaponiyada virusa 9231 nəfər yoluxub. İndiyə qədər dünyada 150 mindən çox insan pandemiya üzündən həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »