Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada COVID-19-dan sağalanların sayı açıqlandı

Moskvada daha 149 xəstə koronavirusdan sağaldı.

Bizimyol.info xəbər verir ki, bu barədə “İnterfaks” paytaxt merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakovaya istinadən məlumat verib.

Anastasiya Rakova bildirib ki, bu günə qədər Moskvada sağalmışların sayı 499 nəfərdir.

Qeyd edək ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uuhan əyalətində sətəlcəm xəstəliyinə yoluxmaların baş verdiyini elan etmişdi. Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növü olduğu məlum oldu.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını elan etdi.

Son xəbərlər
Bütün xəbərlər »