Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yerli tərəvəz istehsalçılarından hökumətə çağırış

Rusiyanın meyvə-tərəvəz istehsalçıları İttifaqı ölkənin kənd təsərrüfatı Nazirliyinə məktubla müraciət edərək xaricdən pomidor idxalına qadağa qoymağa çağırıb.

Virtualaz.org xəbər verir ki, məktubun surətini TASS əldə edib. Məktubda deyilir ki, rublun son günlər xeyli dəyərdən düşməsi, koronavirusun yayılması və özünütəcrid rejiminin tətbiq edilməsi ölkədə pomidor və xiyara olan tələbatı kəskin aşağı salıb, nəticədə tərəvəzin topdansatış qiyməti 2019-cu ilə nisbətən 50 faizə qədər aşağı düşüb.

Ona görə də meyvə-tərəvəz istehsalçıları İttifaqı nazirlikdən xahiş edir ki, yerli istehsalçıların vəziyyətinin daha da pisləşməməsi üçün xaricdən Rusiyaya pomidor idxalına heç olmasa 2 aylıq qadağa qoyulsun. “Sizdən xahiş edirik ki, yerli ixtixanaların vəziyyətinin daha da pisləşməməsi üçün Rusiya Federasiyasına pomidor idxalını 2 aylıq müvəqqəti qadağan edəsiniz”,-məktubda deyilir.

Pomidor

Rusiyanın tərəvəz istehsalçıları bildirirlər ki, hazırda bazarda pomidor və xiyara tələbat xeyli azalıb, çünki əhali koronavirus pandemiyası şəraitində daha zəruri ərzaq mallarına üstünük verir. Belə vəziyyətdə isə yerli xiyar və pomidor istehsalçılarının istixana biznesi artıq rentabelli deyil. Vəziyyət bu cür davam etsə onlar tamamilə müflis olacaqlar.

Məktubda göstərilir ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Rusiyaya 100 milyon dollar dəyərində 79 min ton pomidor idxal olunub. Təchizat əsasən Azərbaycan, Mərakeş, Türkiyə və Çindən həyata keçirilib. Həmin idxal məhsulu isə Rusiyada vətəndaşların özünütəcrid etməsi səbəbindən yerli pomidorun topdansatış qiymətinə əlavə təzyiq göstərir.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »