Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatdı

Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 milyona yaxınlaşır.

Bu barədə TASS müxtəlif ölkələrin statistikasına əsasən məlumat yayıb.

Bildirilir ki, dünyada azı 50 min insan koronavirusun qurbanı olub.

Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 003), ABŞ-da (5 316), Fransada (4 503), Çində (3 287), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 001) qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »