Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSX: Düşmənin növbəti təxribatının qarşısı alınıb

Ermənistan ordusunun növbəti təxribatının qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, 27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

Son xəbərlər
Bütün xəbərlər »