Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkelin ikinci koronavirus testi də mənfi nəticə verib

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.

APA xəbər verir ki, bu barədə yerli “N-TV” telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.

“Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək”, - deyə məlumatda qeyd olunub.

Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »