Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda meşə yanğınının miqyası genişlənib

Gürcüstanın Ozurgeti rayonunun Vakijvari kəndi yaxınlığında başlayan meşə yanğınının miqyası genişlənib.

Yanğınsöndürmə işlərinə Quria, Acarıstan və Samegrelo-Zemo Svaneti rayonlarından cəlb edilən yanğınsöndürənlərin sayı 120-yə çatdırılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin iki helikopteri də yanğınsöndürmə işlərinə cəlb edilib.

Qeyd edək ki, ötən gecə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze yanğının 10 hektarlıq əraziyə yayıldığını bildirib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »