Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ kinosunun gözəlləri indi necə görünür... - Fotolar

SSRİ kinematoqrafiyasında gözəlliyi ilə xüsusi seçilən qadınlardan heç biri daha gənc deyil.

Görəsən, indi necə görünürlər? Bizimyol.info çox fərqlənənlər haqda məlumat verir.

Anastasiya Vertinskaya – “Amfibiya adam” filmini xatırlayırsınız? Quttiere Baltazar obrazına iki göz istəyirdi tamaşa etsin.

Anastasiya Vertinskaya Anastasiya Vertinskaya

Vertinskaya rolunun öhdəsindən çox yaxşı gəlmişdi. İndi həmin gözəlin 75 yaşı var. Son 18 ildə heç bir filmə çəkilməyib.

Anastasiya Vertinskaya Anastasiya Vertinskaya

Lyudmila Çursina – Orta məktəbi qzıl medalla bitirmişdi. Rəfiqəsi onu yoldan çıxarmasaydı, elm arxasınca gedəcəkdi. Amma teatrı seçdi. Çursinanı indi də teatr səhnələrində görmək mümkündür.

Lyudmila Çursina Lyudmila Çursina

Marqarita Terexova – Sovet kinosunun dahisi Andrey Tarkovskinin sevimli aktrisası idi. Baxışlarında nəsə sirli bir şey var. Ümumi obrazından həmişə müdriklik yağıb. Amma gözəlliyi də müdrikliyin kölgəsində qalmayıb. İndi sağlamlığı əl vermir, az qala ölümdən dönüb qayıdır.

Marqarita Terexova Marqarita Terexova

Svetlana Svetliçnaya – “Brilyant əl” filmindəki sarışın gözəli kim unudar?

Svetlana Svetliçnaya Svetlana Svetliçnaya

Onun gözəlliyi sovet kinosu üçün çox ekzotik sayılırdı. Sizə qəribə görünəcək, amma Svetlana “Baharın 17 anı” filmində də çəkilib.

Svetlana Svetliçnaya Svetlana Svetliçnaya

Tatyana Vedeneyeva – O, sovet kinosu həvəskarlarının yaddaşında daha çox “Salam, mən sizin xalanızam” filmindəki rolu ilə qalıb.

Tatyana Vedeneyeva Tatyana Vedeneyeva

Amma Tatyana Vedeneyevanı “Spokoynoy noçi, malışi” proqramında aparıcılıq xüsusi məşhurlaşdırmışdı. Onun gözəlliyində həm də bir mərhəmət çaları gizlənir.

Tatyana Vedeneyeva Tatyana Vedeneyeva

Bu aktrisaların hər biri indi yaşayır. Əlbəttə, yaş öz sözünü deyib. Amma onları indi də əminliklə gözəl adlandırmaq olar.

Son xəbərlər
Bütün xəbərlər »