Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinliləri qonşu ölkəyə buraxmırlar

Koronavirusa görə itkilər artır. Çində ölənlərin sayı 106 nəfərə çatıb. Daha 10 ölkədə virusun əlamətləri qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, çinliləri qonşu ölkəyə buraxmırlar. Rusiya Çindən gələn turist axınının qarşısını alıb. Dünəndən turizm agentliklərinə çinlilərlə bağlı xüsusi xəbərdarlıq edilib. Yəni onların qrup halında səfərlərinə qadağa tətbiq olunur.

Rusiya prosesi mümkün qədər nəzarətdə saxlamağa çalışır. Çünki koronavirusun ayaq açdığı ölkələrin arasında bizim qonşu dövlət yoxdur. Amma virus yayılana qədər Rusiyaya gələn çinli turist və miqrant yetərincədir.

Çinlilərin yaşadığı icra orqanlarına da xüsusi təlimat verilib. Çin vətəndaşları həmişə nəzarətdə olmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »