Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telefon ustasının kompüterindən çıxan şəkillər camaatı küçələrə çıxardı: Öldürməyə hazırdırlar... - Video

Türkiyənin Tunceli şəhərinin Pertek qəsəbəsində telefon ustasının uşaq təcavüzü ilə məşğul olması böyük səs-küy yaradıb. Camaat ona ən sərt cəza verilməsi tələbi ilə küçələrə çıxıb.

Bizimyol.info xəbər verir ki, pedofil haqda polisə şəkilləri görən şəxslərdən biri məlumat verib. Fotolarda onun 18 yaşdan kiçik oğlan uşaqlarına cinsi təcavüzü əks olunub. Polis cinayətkarı həbs edib. Onun iş yerində və evində axtarış aparılıb. Hadisədən xəbər tutan Pertek camaatı küçələrə axışıb. Adamlar onu hətta öldürməyə hazır olduğunu səsləndirib. İstənilən halda pedofilə ən sərt cəzanın verilməsini tələb edirlər.

Hələlik H.Y. haqqında həbs-qətimkan tədbiri seçilib. Etiraz edənlər məhkəmə prosesini və hökmü səbirsizliklə gözləyir. Sosial mediada telefon ustası haqqında ən sərt sözləri yazırlar. Onun edama layiq olduğunu bildirirlər.

Etiraz aksiyalarının ikinci dalğasına Pertek və qonşu Hozat bələdiyyələrinin rəhbərləri, siyasi partiya nümayəndələri də qoşulub. Onlar məhkəmənin ədalətli qərar çıxaracağına inam ifadə ediblər.

Son xəbərlər
Bütün xəbərlər »