Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Baş örtüyünü açmağa məcbur edilən qadın yüksək məbləğdə təzminat aldı
hicab

Amerikalı müsəlman qadına polis şöbəsində hicabının məcburi çıxarılması ilə nəticələnən insidentlə bağlı yüksək məbləğdə təzminat ödənilib.

“The Guardian” məlumat verir ki, 56 yaşlı Aida əl-Kadi 2013-cü ildə inzibati xəta ilə əlaqədar bir sutka həbs kamerasında saxlanılıb.

Polis şöbəsində müsəlman qadını protokola şəkil çəkdirmək üçün digər məhbusların qarşısında hicabını açmağa vadar ediblər. Polislər əmrə tabe olmaq istəməyən Aida əl-Kadini 24 saatlıq kameraya salıblar.

Qanunsuz münasibətə məruz qalan qadın kömək üçün Amerika-İslam Məsləhət Şurasının vəkillərinə müraciət edib. Dairə rəsmiləri müsəlman qadına mübahisəni məhkəməyə qədər həll etməyi təklif edərək, ona 120 min dollar məbləğində təzminat ödəyiblər.

Eyni zamanda, polislərin iş qaydalarına dəyişiklik edilərək, saxlanılan hicablı şəxsdən örtüyün məcburi açılmasını qadağan edən bənd əlavə edilib. (oxu.az)

Paylaş »
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »