Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtda 300 binaya istilik verilməsi təmin edilməyib

Paytaxtdakı bütün binaların istiliklə təminatı mümkün deyil. Hazırda paytaxtda 300-ə yaxın bina var ki, onlara istilik verilməsi təmin edilməyib.

Bunu Bizimyol.info-ya “Azəristilik” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, payız qiş mövsümü ilə əlaqədar “Azəristilik” ASC təchizat gücləndirilmiş rejimə keçəcək.

“300-ə yaxın binaya istilik verilməyəcək. Onlar Nərimanov və Nəsimidə yerləşir və xüsusi mülkiyyətçilərə məxsusudur. Problem odur ki, bəzi binlarda 60-cı illərədə tikilib onlarda istilik sisteminin bərpası mümkün deyil . Söhbət reqistr tipli binalardan gedir. Digər problem bəzi binaların sökülüb, yerində yenisinin tikilməsi ilə əlaqədardr. Təşkilatın “Azəriqaz”a borcu olsa da, bu borcun vətəndaşlara təsiri olmayacaq. İstilik mövsümü vaxtında aparılacaq, bəzi binalara istilik zəif gələrsə bu barədə dərhal qaynar xəttimizə məlumat verilməsini xahiş edirəm. Müraciət olunarsa hündürmərtəbəli binalar da islik sistemi ilə təmin olunacaq. Istilik maya dəyərindən ucuz satılsa da qiymətlərin qaldırılması məsələsi gündəmdə deyil”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »