Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzada halı pisləşən sərnişinlə bağlı BNA-dan açıqlama

Xəbər verdiyimiz kimi dünən axşam saatlarında Bakı dariəvi avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib.

Qəzaya səbəb “Mercedes Benz” markalı 99 KZ 347 avtomobillə 194 nömrəli mümtəzəm marşrut üzrə hərəkət edən avtobus toqquşub.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Bizimyol.info-ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı hüquq mühafizə orqanı araşdırma aparacaq.

“İlk verilən məlumat odur ki, “Mercedes Benz” markalı avtomobil avtobusun yoluna çıxaraq qəza şəraiti yaradıb. Hadisə nəticəsində bir sərnişinin halı pisləşib. Ona ilkin yardım göstərilib, sərnişin yola davam edib”,-deyə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »