Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənddə ərinin ölümündən üç gün sonra gəlinin qayınananın başına açdığı oyunlar

Kürdəmirin Atakişili kəndində gəlin qayınananı evsiz qoyub. Xatın Qurbanova əziyyətlə tikdiyi evini itirib.

Bizimyol.info xəbər verir ki, 77 yaşlı qadın uzun illər Türkmənistanda yaşayıb. 29 ildən sonra vətənə qayıdıb tamamilə evsiz qalıb. Gəlini Ulduz Qurbanova ondan xəbərsiz mülkiyyət hüququ əldə edib. Təqaüdçü saxtakarlığın qurbanı olduğunu, gəlininin bələdiyyə ilə ilə razılığa gələrək, qayınanasının əmlakını öz adına rəsmiləşdirdiyini bildirir.

Xatın Qurbanova Türkmənistandan 2009-cu ildə qayıdıb. Bir müddət sonra böyük oğlu Qurban Ulduzla evlənib. Birlikdə üç il yaşayıblar. 2013-cü ilin fevralında Qurban kəskin leykoz xəstəliyindən vəfat edib. Sənədlərin tam qaydasına salınmamasından həm gəlin, həm də yerli bələdiyyə istifadə edib. Ulduz həyat yoldaşının ölümündən cəmi üç gün sonra Atakişili bələdiyyəsinə ərizə yazıb ki, evin yerləşdiyi və uzun illərdir ailənin yaşadığı həyətyanı torpaq sahəsi ona satılsın. Bələdiyyə ilə razılıq əldə olunub. Tezliklə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınıb. Guya bələdiyyə hərrac keçirib, Ulduz Qurbanova da 520 manata torpağı əldə edib. Məhz bundan sonra gəlin qayınanasını evdən çıxarıb.

Bütün bunlardan Xatın Qurbanovanın həmin günlərdə xəbəri olmayıb. Birincisi, təqaüdçü Azərbaycan vətəndaşlığı almaq üçün çalışırmış, istəyinə bu hadisədən bir il sonra çatıb. İkincisi, oğlunun yas mərasimində torpaq alıb-satmaq, özəlləşdirmə haqda düşünə bilməzdi.

Xatın Qurbanova mübarizədən çəkilməyib, Qurbanın ilk nikahdan olan övladları ildə birlikdə məhkəmə çəkişməsinə başlayıb. Əvvəlcə Kürdəmir Rayon Məhkəməsi hərracın nəticələrini etibarsız sayıb. Amma gəlin Şirvan Apelyasiya Məhkəməsində birinci instansiyanın qərarını ləğv etdirə bilib. Sonradan Şirvan məhkəməsi əks qərar çıxarıb. Bu dəfə gəlin Ali məhkəmədə öz xeyrinə qərar eşidib. İndi Xatın Qurbanovanın pulu yoxdur ki, vəkil tutaraq Ali Məhkəməyə şikayət versin. Hərçənd, qadın məhkəmələrin ədalətsiz qərar verməsindən də şikayətçidir.

Yaşlı qadın 54 yaşlı ikinci ruhi xəstə oğlu Abid Qurbanovla nəvəsinin daxmasına sığınıb. “Həmişə burada qala bilmərəm, öz evimi istəyirəm”, - deyir. Xatın Qurbanova indi ağır şərtlər altında yaşayır. Tezliklə həyatını itirəcəyindən, xəstə oğlunun evsiz qalacağından narahatdır.

Son xəbərlər
Bütün xəbərlər »