Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Sarayına hücum olub, 30 nəfər ölüb, 75 nəfər yaralanıb

Yəmənin Aden şəhərində Cənubi Yəmən Keçid Şurası qüvvələrinə qarşı bir qrup silahlı şəxsin hücumu zamanı baş verən atışmada 30 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, hazırda Prezident Sarayı düşərgəsi Keçid Şurasının nəzarətindədir. Şura öz qüvvələrini səfərbər edərək “İslax” partiyasına qarşı birləşməyə çağırış edib.

Qeyd edək ki, ötən gün Yəmənin Aden şəhərində bir qrup silahlı şəxslər Prezident Sarayına hücum edib. Sarayın mühafizəsini təşkil edən dördüncü briqada onlara müqavimət göstərərək hücumun qarşısını alıb. Hər iki tərəfdən ümumilikdə 75 nəfərin yaralandığı bildirilir.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »