Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda kreditlərin ən yüksək həddi 5 faiz olmalıdır"

Azərbaycanın başqa ölkələrlə müqayisədə kredit fazilərinin yüksək olması barədə iddialar səsləndirilir. Bank mütəxəssisləri bunu hər vəchlə əsaslandırmağa çalışsalar da, əslində kredi fazilərinin aşağı salınması üçün iqtisadi potensialımız var. Hətta potensial olmasa belə müəyyən yol xəritəsi ilə kreditlərin aşağı salınmasına qısa müddətdə nail olmaq olar. Necə?

Keçmiş maliyyə naziri, iqtisadçı ekspert, professor Saleh Məmmədov Bizimyol.info saytına verdiyi müsahibədə bu barədə danışıb.

-Saleh müəllim, Azərbaycanda kredit faizləri həqiqətənmi yüksəkdir, yoxsa bu bankirlərin iddia etdiyi kimi, dildən-dilə dolaşan şəhər əfsanəsidir?

-Azərbaycanda faizlər, illah da real faizlər, çox yüksəkdir. Real fazi nə deməkdir? Nominal fazidən inflayasiyanın faizini çıxanda real faiz qalır. Faktiki olaraq ölkəmizdə nominal faizlə inflyasiya arasındakı fərq 15-20 faziə qalxır ki, bu da iqtisadiyyat üçün çox qorxuludur. Bununla ölkə iqtisadiyyatını inkişaf etdirmək olmaz, bu iqtisadi artıma böyük zərbə vurur. Şirkət iş görmək üçün kredit götürüb əldə etdiyi gəliri də kredit borcunu ödəməyə versə batar. Xarici ölkələrin praktikasında geniş yayılıb, investisiya layihələrinin 70 faizi kedit hesabına həyata keçirilir. Şirkət yüksək faizlər altında mənfəət əldə etmirsə nə üçün layihə gerçəkləşdirməldiir.

- Bizdə kredit faizləri niyə bu qədər yüksəkdir?

- Bazarda qiymətləri həmişə tələb-təklif tənzimləyir. Azərbaycanda kredit bazarında tələblə təklif arasında uçurum yaranıb və buna görə faizlər çox yüksəkdir. Ölkə iqtisadiyyatı göstərir ki, kreditə olan illik tələb 50-60 milyard dollardır. Təklif isə 3-4 dəfə aşağıdır. Keçən il Azərbaycanın cəmi bank aktivləri 17 milyard dollar təşkil edib. Amma ÜDM 41 milyard dollar olub. Bu o deməkdir ki, ən azı 41 milyrd həcmində bank aktivləri formalaşmalı idi, lakin formalaşmadı, deməli hardasa itib- batır. Tələb təklifdən 3 dəfə çoxdursa, faiz belə yüksək olacaq.

Azərbaycan Respublikasının keçmiş maliyyə naziri - Saleh Məmmədov

-Bunu necə aradan qaldırmaq olar?

- Birincisi, kredit resurslarının, bank aktivlərinin həcmi artımalıdır. Bu zaman normal bazar şəraitində qiymətlər yəni kredit faizi dəhal düşür. 17 milyard bank aktivini ən azı 40-45 milyarda qaldırmaq olar. Tələblə təklif balanslaşmasının bir yolu budur.

İkinci yol- Bank monopolisyası Azərbaycanda yüksək səviyyədədir. 3-4 bank ölkədə bank passivlərinin 70-75 faizini əldə toplayıb. Əgər 4 şirkət bu resurslara sərəncam verirsə, istənilən vaxt öz aralarında razlığa gəlib yüksək qiymətlər təyin edə bilərlər. Buna heç kim təsir edə bilməz. Buna dövlət müdaxiləsi də effekt verməyəcək. Lakin bankirlər buna da mütləq bir çarə tapıb öz əməllərini yerinə yetirirlər. Minimum faizi təyin edib qalanını rüşvət kimi götürəcəklər. Yeganə yol bankların monopolisyasının aradan qaldırılmasıdır. Bunun üçün böyük xarici banklar ölkə iqtisadiyyatına cəlb edilməlidir və onların həm kapitalından, həm bank təcrübəsindən itifadə ediləcək. Dünyada top 100 ən iri bankalrın ümumi aktivləri 75 trilyon dollardır. Bu bankları ölkəyə gətirə bilsək bu aktivlərin 0,1 %-ni cəlb etməklə 70 milyard dollar kredit ehtiyyatı cəlb etmək olar. Bank passivlərinin içərisinə birdən birə 70 milyard gəlməsi faizləri bir fazə də, hətta mənfi faizə də sala bilərik. Necə ki indi Avropada hətta mənfi faizlər mövcuddur. Böyük bank aktivlərinin olması iqtisadiyyatın inkişafına yüksək təkan verərdi.Bu sıçrayışlı inkişaf deməkdir.

Üçüncü yol bank şəbəkəsinin artırılmasıdır. Bank şəbəkəsinə görə Azərbaycan keçən əsrin 70-80-ci illərdə olduğundan geridə qalır. Sovet dövründə demək olar ki, əksər kəndlərdə bank şöbələri var idi. İndi bir dənə də kəndlərdə bank şöbəsi yoxdur. Əhalinin isə yarısına yaxını kənd yerlərində yaşayır.

Dördüncü üsul hökumətin kredit ehtiyatlarının formalaşmasında mütləq iştirakının təmin olunmasıdır. Dövlətin əlində çox böyük resurslar var. Bu resurslardan istifadə olunmalıdır. Azərbaycanın 45 milyarda yaxın ekstra xarici valyuta ehtiyatı var və bu xarici banklarda saxlanılır. Həm də çox aşağı faiz və aşağı gəlirlə. Bu ehtiyatlar heç 1 faiz gəlir vermir. Bizim öz banklarımızda saxlanılsa faizləri çox aşağı sala bilər. Qanunvericilik aktı hazırlanmalıdır və hökümət əmanətləri formalaşsa və daxili banklara yerləşdirilsə bu əmanətlər ölkəyə böyük fayda verərdi. İnkişaf etmiş ölkələrdə hökümət əmanətləri kreditlərin böyük hissəsini təşkil edir.

Digər yol nağdsız hesablaşmaların payının, kartlarla ödənişlərin payının artırılmasıdır.Nağdsız formada əməliyyatlar nəticəsində pullar banklarda saxlanılır. Bu da təklifin həcmini istər-istəməz artırır. Bu gün dünya təcrübəsinə uyğun olaraq nağdsz hesablaşmalırın payı artırılmalıdır və bu korrupsiyanın qarşısının alınmasına, vergidən gizlənmələrin 50 faiz aşağı düşməsinə səbəb olardı.

-Necə düşünürsünüz, hazırki iqtisadi göstəricilərimizə əsasən əslində ölkəmizdə banklarda kredit faizləri neçə faiz olmalıdır?

- Bu gün Azərbaycanda kredit faizlərinin ən yüksək həddi 5 faiz olmalıdır. Kim nə deyir desin, bu gün biz kredit ehtiyatlarının həcmini 50 milyarda qədər artıra bilsək bu ölkədə iqtisadiyyatın illik 20 faiz artımına nail olmaq deməkdir. Bu həcmə isə yalnız bir amillə nail olmaq mümkündür: hökümət əmanətləri və ya xarici bankların dəvəti...

Faizlər çox böyük əhəmiyyətə malikdi, iqtisadiyyatın ağır vəziyyətə düşməsinin səbəbi 90% bu amillə əlaqədardır. 2014-cü ildən bu günə kimi, hətta son aya qədər əsaslı vəsait qoyuluşunun və uyğun olaraq tikinti istehsalının həcmi düşməkdə davam edir, bunun da başlıca səbəbi faizlər və kredit resurslarının az olmasıdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »