Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Xaşoqci işinə görə Ər-Riyadı təhdid edib

ABŞ Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Xaşoqcinin qətli ilə bağlı işə görə Ər-Riyada qarşı yeni tədbirlər görməyi nəzərdən keçirir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Səudiyyə hakimiyyəti bütün faktları araşdırmalı və hadisənin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir", - deyə məlumatda bildirilir.

İdarədən həmçinin əlavə ediblər ki, Dövlət Departamenti BMT-nin jurnalistin işi üzrə yeni hesabatını araşdırır.

Dövlət Departamentindən qeyd ediblər ki, Xaşoqci işi üzrə yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə gətirib çıxara bilər.

Son xəbərlər
Bütün xəbərlər »