Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kommunistlərdən tələb: ""Çernobıl" serialını qadağan edin!"

Rusiya Kommunist Partiyası (RKP) HBO teleşirkətlər qrupunun “Çernobıl” adlı teleserialına yayım məhdudiyyətinin tətbiqi ilə bağlı Roskomnadzora müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, RKP İdarə Heyətinin sədri Sergey Malinkoviç sözügedən serialın bütün mənbələrdə qadağan olunmasını istəyib.

O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciətin edildiyini deyib.

Qeyd edək ki, “Çernobıl” teleserialı son zamanlar dünyada olduqca böyük izləyici kütləsi toplayıb. Serial 1986-cı ildə Pripyat şəhəri yaxınlığında, Çernobıl Atom Elektrik Stansiyasının nüvə reaktorlarından birində baş verən dəhşətli partlayışdan, onun radioaktiv fəsadlarından, SSRİ dövrünün yarıtmaz idarəçiliyindən bəhs edir.

Son xəbərlər
Bütün xəbərlər »