Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın öz sevgilisini qorumaq üçün polisi dişlədi

Ukraynanın Çernobıl zonasında qadın sevgilisini müdafiə etmək üçün polisə xəsarət yetirib. O, asayiş keşikçisini dişləyib.

Bizimyol.info xəbər verir ki, Kiyev polisi Çernobıldakı nəzarət-buraxılış məntəqəsində VAZ markalı avtomobili saxlayıb. Sürücünün sərxoş olduğu üzə çıxıb. Polislə mübahisə başlayıb. Sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Özünü aqressiv aparıb, polisin geyimini cırıb. Böyük dava yaranıb. Sevgilisi də sürücünün köməyinə gəlib. Qadın əvvəlcə maşın açarı ilə polisi vurub, sonra isə onun barmağını dişləyib.

Çernobıl Çernobıl

Hər ikisini həbs ediblər. Polis əməkdaşına hücum faktı üzrə cinayət işi açılıb.

Son xəbərlər
Bütün xəbərlər »