Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Banklar gücləndirilmiş iş rejiminə keçir

Novruz bayramı günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 24 bankın 152 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqlamasında bildirilir.

Qeyd edik ki, beş bankın Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən 46 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.

Bakıda yerləşən səkkiz bankın 13 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Azər Quluyev

Tel: 493-50-58 (dax:357);

Mob: +994 70 908 62 21

Mail: [email protected]

Son xəbərlər
Bütün xəbərlər »