Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salanın cəsədi vətəninə aparıldı

“Kardiff Siti”nin oyunçusu Emiliano Salanın cəsədi vətəni Argentinaya aparılıb.

Bu barədə “France Press” məlumat yayıb. Onun cəsədi Santa-Fe şəhərində dəfn bürosuna təhvil verilib. Ailəsi Salanın nəşini sabah götürə biləcək.

28 yaşlı futbolçu yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı təyyarə qəzasında həlak olub. Təyyarənin qalıqları La-Manş boğazında fevralın əvvəlində, Salanın cəsədi isə fevralın 8-də tapılıb. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »