Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayda torpaq sahəsini 24 dollara satırlar

Texnologiya o qədər inkişaf edib ki, siz internetdə rahatca Ayda torpaq ala bilərsiniz. Amma bu istiqamətdə də fırıldaqçılıq çoxdur. O qədər çoxdur ki, oradan gətirilmiş bir parça yox, bütöv ərazi satırlar.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ şirkətlərindən biri Ay torpağının akrını (0,4 hektar) 24,99 dollara satışa çıxarıb. Şirkət özünü yeganə və etibarlı satıcı kimi təqdim edir. Guya sizə mülkiyyəti təsdiq edən sənəd də təqdim olunur. Nebraska-Linkoln Hüquq İnstitutunun professoru Frans Fon Der Dank bunu aşkar fırıldaq adlandırıb: “Məni alıcıların təfəkkürü daha çox düşündürür. Sonra aldadıqlarını necə iddia edə biləcəklər? Bu başdan görünür ki, təklif şəffaf və həqiqətəuyğun prosesi özündə əks etdirmir”.

Professor hesab edir ki, belə şirkətlər ABŞ-da qanunsuz fəaliyyət göstərir: “Məni narahat edən həm də bu istiqamətin hüquqi tərəfini araşdıra biləcək yetərli mütəxəssisin olmamasıdır”.

İşbazların alveri isə çox yaxşı gedir. Onlar 20 akra (8 hektar) qədər torpaq satmağa hazırdır. Buna görə müştərilərdən cəmi 499,8 dollar alırlar.

Son xəbərlər
Bütün xəbərlər »