Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən “Whatsapp”da insanları təşvişə salan məlumata münasibət
Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən “Whatsapp” vasitəsilə əhalinin istifadə etdiyi dərman preparatı haqqında yayılan şayiəyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sosial şəbəkə vasitəsilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. Belə ki, Azərbaycanda İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan parasetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma - “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol - Tatximfarmpreparati ASC, Rusiya Federasiyası (tablet), Parasetamol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).

Qeyd olunur ki, son günlərdə sosial şəbəkə vasitəsilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir neçə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda yayılır.

Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında) əhali arasında təşviş və gərginliyə səbəb olur.

Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »