Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsavat Partiyası Gənclər Təşkilatı sədrinin şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Bizimyol.info xəbər verir ki, apellyasiya şikayətində Əbülfəz Sadıqovun həbsinin əsassız olduğu qeyd edilib və Səbail Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv edilərək onun azadlığa buraxılması istənilib.

Bakı Apellyasiya Məhkəməsi Əbülfəz Sadıqov barəsində Səbail Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O. Cinayət Məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.

İttihama görə, müsavatçı "Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

Əbülfəz Sadıqov ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »