Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da həyəcan: Mal ətində quş qripi aşkarlanıb
ABŞ-da həyəcan: Mal ətində quş qripi aşkarlanıb

ABŞ Kənd Təsərrüfatı Nazirliyi mal ətinin toxumasında quş qripi hissəciklərinin tapıldığını və yoluxmuş inəklərin ətinin qida ehtiyatına daxil olmadığını açıqlayıb. Ölkədə daha əvvəl bəzi inəklərin südündə quş qripi (H5N1) aşkar edilmişdi və bu inəklərin çiy südünü içən bəzi pişiklərin öldüyü açıqlanmışdı.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən verdiyi açıqlamada ABŞ Kənd Təsərrüfatı Nazirliyi istehlak üçün yararsız olduğu təsbit edilən 96 sağmal inək üzərində testlər apardıqlarını bildirib: “22 may 2024-cü ildə bir inəkdən götürülmüş əzələ də daxil olmaqla toxuma nümunələrində virus hissəcikləri aşkar edilib. Bu günə qədər 95 inəkdən alınan nümunələr virus hissəcikləri üçün mənfi nəticə verib. Bu südlük mal-qaranın əti qida sektoruna daxil olmayıb”, - deyə qeyd edilib.

Martın 25-də ABŞ-da bir südlük inəyin quş qripi testinin müsbət çıxdığı açıqlanıb və davam edən süd inək epidemiyası ilə əlaqədar ABŞ-da iki ferma işçisinin də testlərinin müsbət çıxdığı bildirilib. Texasda quş qripi üçün müsbət nəticə verən ilk süd fermasında yaşayan pişiklərin yarıdan çoxu yoluxmuş inəklərdən çiy süd içdikdən sonra ölüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »