Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
G7 Rusiya - KXDR əməkdaşlığı pisləyib, İranı Moskvaya dəstəkdən imtina etməyə çağırıb
G7 Rusiya - KXDR əməkdaşlığı pisləyib, İranı Moskvaya dəstəkdən imtina etməyə çağırıb

Yeddilik Qrupu (G7) ölkələri Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında hərbi əməkdaşlığı pisləyib, həmçinin İranı Rusiya tərəfinə dəstəkdən imtina etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin ölkənin şimalındakı Stresa şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş kommünikedə deyilir.

“Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı kəskin şəkildə pisləyirik ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa pozur. Həmçinin Kremlin Ukraynaya qarşı müharibəni davam etdirdiyi hazırkı şəraitdə İran Rusiya Federasiyasına dəstək verməkdən çəkinməlidir”, - deyə sənəddə qeyd edilib.

G7-nin maliyyə nazirlikləri və Mərkəzi Bankın rəhbərləri həmçinin Rusiyaya ikili təyinatlı material və komponentlərin, eləcə də “bütün dünya şirkətlərindən, o cümlədən Çindən” hərbi istehsal üçün avadanlıqların tədarükü ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Moskva Qərb ölkələrinin Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə və qəti şəkildə rədd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu cür iddiaları əsası olmayan şayiələr adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »