Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşığa borcu olan abonent yeni üsul tapdı
Xətai rayonu, General Mehmandarov küçəsi, 76 ünvanda sərf etdiyi işığa görə borcunu ödəməyən sakin maraqlı üsula əl atıb. “Azərişıq” ASC tərəfindən kəsilmiş işıq xəttini birləşdirəndən sonra “şit”i qaynaq edib ki, xətti təkrar ayıra bilməsinlər.

Hadisə şahidləri virtualaz.org saytına bildiriblər ki, abonentin sərf etdiyi işığa görə 380 manat borcu yaranıb. “Azərişıq” isə borcun ödənilmədiyi üçün naqilləri xətdən ayırıb. Abonent yenidən xətti birləşdirib, qanunsuz olaraq elektrik verilişini bərpa edib. Bu proses bir neçə dəfə təkrarlanandan sonra abonent “şit”i qaynaq edib.

Lakin “Azərişıq” buna da əlac tapıb. Qaynaq kəsilib, abonentin mənzilinə gedən naqilləri yenidən xətdən ayrılıb.

Abonent barəsində hansı tədbirin görülməsi barədə məlumat verilmir.

Son xəbərlər
Bütün xəbərlər »