Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öldürülən jurnalistin işinə Səudiyyə məhkəməsində baxılacaq

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı cinayət işinə Səudiyyə Ərəbistanı məhkəməsi baxacaq.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şənbə günü krallığın ədliyyə naziri şeyx Vəlid bin Məhəmməd əs-Səmaani bildirib.

Nazirin sözlərinə görə, jurnalistlə bağlı hadisə “krallığın suveren ərazisində baş verib”, cinayət işinə məhkəmədə baxılmasına isə bütün zəruri prosedurlar başa çatdıqdan sonra başlanılacaq.

Vəlid bin Məhəmməd əs-Səmaani istintaqın müstəqil aparılacağına dair zəmanət verib.

Son xəbərlər
Bütün xəbərlər »