Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzümün bu günə qədər bilinməyən faydası: Xərçəngi sağaldır

Cenevrə universitetinin bir qrup alimi üzüm üzərində yeni tədqiqat aparıblar.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, üzümün tərkibində olan resveratrol fenol birləşməsi ağ ciyər xərçəngi ilə mübarizə aparma gücünə malikdir.

Alimlər bunu təsdiqləmək üçün laboratoriya siçanları üzərində təcrübə aparıblar. Siçanların bir çoxu tütün tüstüsünün tərkibində olan kanserogenə məruz qalıb. Eyni zamanda resveratrol qismində “müalicə” də tətbiq edilib.

Siçanlar dörd qrupa bölünüb: birinci qrup, yoxlama qrupudur. Bu qrupa nə kanserogen, nə də resveratrol verilib.

İkinci qrupa hər iki maddə eyni zamanda verilib. Üçüncü qrupa sadəcə kanserogen, dördüncü qrupa isə sadəcə resveratrol verilib.

Alimlər bildiriblər ki, resveratrolun əvvəlki təcrübələri ağ ciyər xərçəngində təsirli olduğunu üzə çıxarmayıb.

Mütəxəssislər qeyd ediblər ki, maddə ağız yolu ilə qəbul edilib və ağ ciyərlərə çatmayıb. Bundan sonra isə üsulu dəyişərək burun vasitəsilə qəbul etdiriblər. Nəticələr isə gözlənilən kimi olub.

Məlum olub ki, müalicə olunan siçanlarda xərçəng şişi 45% kiçilib.

Son xəbərlər
Bütün xəbərlər »