Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah istehsal olunacaq çörək bu gün satıldı - Zavod rəhbərindən Açıqlama
Paytaxtın mağazalarından kəpəkli çovdar çörəyi alan sakinlər qəribə hadisə ilə qarşılaşıblar.

Bizimyol.info-nun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında yaşanıb. Belə ki, “31 saylı Çörəkbişirmə Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus çörəyin istehsal tarixi 16.08.2018 kimi göstərilib. Sosial şəbəkələrdə “gələcəkdən gələn çörək” başlığı ilə paylaşılan həmin fotoşəkillər çoxsaylı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı məlumat əldə etmək üçün sözügedən MMC ilə əlaqə saxladıq. Müəssisənin rəhbəri Ceyhun İbrahimov yanlışa görə istehlakçılardan üzr istəyərək burada insan faktorunun rol oynadığını bildirdi:

“Çörəklərin üzərinə istehsal tarixləri əl ilə vurulur. İnsandır, nə qədər sürətli işləməyə çalışsa da, yanlışlığa yol verir. Əvvəllər də belə hadisə yaşanıb. Amma uzun müddət idi ki, təkrarlanmırdı. Bu, sadəcə təsadüfdür. Başqa cür səsləndirilə də bilməz. İndi özüm də bu işlə maraqlanacağam və lazımi tədbirlər görəcəyəm. İstehsal tarixinin yanlış yazılması xəcalətgətirən, insanı başıaşağı edən bir hadisədir. Mən istehlakçılardan üzr istəyirəm”.

Elnarə Salamova

Son xəbərlər
Bütün xəbərlər »