Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanın məşhur təriqət lideri asıldı - Fotolar
Yaponiyada 1995-ci ildə Tokio metrosunda kimyəvi qazla terror aktı törədən "Aum Şinrikyo" qiyamət günü adlı təriqətinin lideri Şoko Asahara edam edilib.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, Asahara ilə birlikdə təriqətin daha 6 üzvü də asılıb.

1995-ci ildə 13 nəfərin ölümünə, 1000 nəfərin yaralanmasına səbəb olan hadisə ölkə tarixində ən böyük terror hesab edilir. 20 ildən çox aparılan istintaqın uzanmasının səbəbi Asaharanın digər təriqətlərlə də əlaqəsinin olub-olmamasını araşdırmaq olub. Son qərar isə 2016-cı ildə çıxarılıb.

"Aum Şinrikyo" təriqəti 1980-ci illərdə hindu və buddist inancların sintezi olaraq yaradılıb. Şoko Asahara özünü həm Buddadan sonra "ilk müqəddəs insan", həm də həzrəti İsa hesab edirdi. Onun iddiasına görə, dünyanın sonu yaxınlaşır və yalnız təriqət üzvləri sağ qalacaqdı. Təriqətin hələ də Yaponiya ilə yanaşı, Şərqi Avropada tərəfdarları fəaliyyət göstərir.

Son xəbərlər
Bütün xəbərlər »