Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotereya biletinə toy gününü yazdı və...

Moderator.az News.co.au saytına istinadən xəbər verir ki, Avstraliyanın Melburn şəhərinin qadın sakini lotereya biletinə öz toy gününü yazdı və 9,6 milyon Avstraliya dolları uddu.

Qadın 19 illik nikahı münasibətilə özünə və ərinə hədiyyə kimi iki lotereya bileti alıb. Birinci mükafatı qazanmaq üçün səkkiz rəqəmi tapmaq tələb olunub. Qadın da toyu olan tarixi və uşaqlarının ad günlərini götürüb, hər iki biletdə qeyd edib.

Rəqəmlərin kombinasiyası uduşlu olub. Biletlər eyni qaydada doldurulduğu üçün mükafat ikiqat ödənir. 20 il ərzində avstraliyalı qalib qadın hər ay 40 min Avstraliya dolları alacaq.

Qalib xanım udduğu pullarla borclarını ödəməyi və yeni avtomobil almağı planlaşdırır. Bundan başqa, o əri ilə Avstraliyanın şimalındakı populyar istirahət yeri Port-Duqlasa gəzməyə getməyi fikirləşirlər. Onlar toy olan vaxtdan ora getməyi arzulasalar da heç vaxt imkanlaşdıra bilməyiblər.

Son xəbərlər
Bütün xəbərlər »