Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Moskva səfəri Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlərə öz müsbət təsirini göstərdi"
"Moskva səfəri Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlərə öz müsbət təsirini göstərdi"

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiya Federasiyasına aprelin 22-sində baş tutan işgüzar səfəri bir çox maraqlı məqamlarla yadda qaldı. Ümumiyyətlə, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti cənab İlham Əliyev arasındakı görüşlər əvvəla iki ölkə arasındakı münasibətləri həmişə müsbət impuls verib. Digər məsələ bu dəfəki səfərində bir çox vacib məsələlər müzakirə olunub. Həm iki ölkə arasında ticari və iqtisadi məsələlər, həm də Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının ərazidən çıxarılması prosesi, ümumiyyətlə bölgədə regional təhlükəsizlik kontekstdə olan məsələlər, eyni zamanda Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-Ermənistan münasibətləri, Rusiya-Ermənistan münasibətləri, əsasən də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi və s. məsələlər təbii ki, əsas müzakirə mövzusu olub".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Hər birinin əsas məqsədi, Baykal-Amur magistralının 50 illik yubileyinə təsadüf edirdi. Bilirik ki, Baykal-Amur magistralı dünyanın ən nəhəng sahələrindən biri olub. Bu nəhəng lahiyənin tikilməsi və başa çatdırılması, həm də o vaxtkı SSRİ nazirlər sədrinin birinci müavini olmuş Heydər Əliyevin adı ilə bağlıdır. Görüş vaxtı Heydər Əliyevə və onun fəaliyyətinə verilən qiymət, hər bir azərbaycanlını qürurlandırırdı. Rusiya və Azərbaycan arasında 2022-ci il fevral ayında imzalanmış sənədə, müqaviləyə uyğun iki ölkə arasında müttəfiqlik münasibətləri hökm sürür və bu iki ölkə arasındakı münasibət bir çox böyük sahələri də əhatə edir”-deyə deputat bildirib.

Deputat vurğulayıb ki, bu dəfəki görüşdə də münasibətlər kontekstdə baxdıqda həm ticarət dövriyyəsinin artması, həm siyasi müstəvidə münasibətlərin çox yaxşı səviyyədə olması, bu münasibətlərin digər 3-cü və digər dövlətlərə qarşı olmadığı əsas məsələ kimi ortaya qoyuldu.

Vüqar İskəndərov bildirib ki, artıq Rusiya konkret anlayır ki, Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycan prezidentinin hərhansı bir sözü imzası qədər realdır. Digər məsələ onun digər ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda olan görüşləri və münasibəti öz ölkəsinin milli maraqlarına söykənən siyasətdir. Rusiya ilə olan iki tərəfli münasibətlər əgər inkişaf fərqi arasına baxsaq, bu hər il 3 sənədlə davam edir.

Son zamanlar Azərbaycan Ermənistan münasibətləri sülh müqaviləsinin imzalanması və digər məsələlərdə Rusiya Avropadan, Qərbdən daha səmimi münasibət sərgiləyir. Bu da iki ölkə arasında olan münasibətlərə öz müsbət təsirini göstərir. İndiki halda Azərbaycan və Rusiya arasında münasibətlər yaxşı mənada inkişaf edir. Rusiya bizim qonşuluqda ən böyük ölkədir. Bir çox məsələlərdə ortaq mövqeyimiz var və maraqlısı ondan ibarətdir ki, ortaq olmayan məqamlarda da iki ölkə çox yaxşı anlaşa bilir. Qarşısına çıxan problemləri zamanında vaxtında həll edə bilir.

“Bunların hər biri təbii ki, çox vacib məsələlərdir. 22 aprel Moskva səfəri Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlərə öz müsbət təsirini göstərmiş oldu”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »