Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə konsert keçirilib
Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Çinin Sıçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində konsert proqramı təşkil olunub.

Bu barədə Bizim yola-a Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyindən məlumat verilib. Bildiirlib ki, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin Sıçuan vilayət hökumətinin dəstəyi ilə təşkil etdiyi konsert “Sehrli Azərbaycan musiqisi Sıçuanda” adlanıb.

Çinin ən böyük şəhərlərindən olan Çenduda Azərbaycan musiqisinin ilk dəfə təqdim olunduğu konsertdə gənc tarzən Şəhriyar İmanov və onun qrupunun ifasında etno-caz musiqisi böyük maraqla qarşılanıb.

Konsertin ikinci hissəsində çinli musiqisevərlər Azərbaycanın muğam sənəti ilə yaxından tanış olublar. Gənc ifaçılar Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında səslənən muğamlarımız, xalq mahnılarımız, tamaşaçıları Azərbaycan musiqisinin sehrinə saldı.

Xatırladaq ki, Çinin Çendu şəhərində Azərbaycan musiqisi gecəsi ilk dəfə idi ki, təşkil edilirdi.

Konsert vilayət höküməti rəsmilərinin, şəhər sakinlərinin diqqətinə səbəb olub. Konsertdə Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeyanallı da iştirak edib.

Son xəbərlər
Bütün xəbərlər »