Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Guardian: "ABŞ-ın hərbi yardımı gecikdirməsi Ukraynaya baha başa gəlib"
Guardian: "ABŞ-ın hərbi yardımı gecikdirməsi Ukraynaya baha başa gəlib"

Bu yaxınlarda Vaşinqtonda təsdiqlənmiş milyardlarla hərbi yardımın verilməsinin ləngiməsi Ukraynaya baha başa gəlib.

APA xəbər verir ki, bu barədə Guardian qəzeti məlumat yayıb.

“ABŞ-ın hərbi yardımının altı ay gecikməsi... Ukraynaya baha başa gəldi. Bu, Kiyevin keçən yay əks-hücumunun uğursuzluğundan sonra Rusiyaya strateji təşəbbüsü ələ keçirməyə imkan verdi”, - nəşr yazır.

Jurnalistlərin sözlərinə görə, yeni yardım paketi çərçivəsində artilleriya mərmiləri və uzaqmənzilli raketlərin ilk partiyaları artıq Ukraynaya gəlib, lakin böyük miqdarda silahların cəbhə xəttinə çatması üçün daha bir neçə həftə lazım olacaq.

Son xəbərlər
Bütün xəbərlər »