Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxt sakinləri və xarici səfirliklərin nümayəndələri faciə qurbanlarının xatirəsini yad ediblər - Video
Paytaxt sakinləri və xarici səfirliklərin nümayəndələri faciə qurbanlarının xatirəsini yad ediblər - Video

İran İslam Respublikasının Prezidenti Seyyid İbrahim Rəisi və bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, onları müşayiət edən digər vəzfəli şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olması ilə əlaqədar İran xalqına dəstək nümayiş etdirilir.

Bizimyol.info xəbər verir ki, paytaxt sakinləri və xarici səfirliklərin nümayəndələri yaradılmış xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad ediblər. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı da səfirliyi ziyarət edib, İran xalqına və qəzada həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib.

Məlumat üçün deyək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İranda 5 günlük matəm elan edilib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »