Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ştaynmayer: "Biz Türkiyə ilə razıyıq, Yaxın Şərqdə daimi sülh iki dövlətli həll yolu ilə mümkün olacaq"
Ştaynmayer: "Biz Türkiyə ilə razıyıq, Yaxın Şərqdə daimi sülh iki dövlətli həll yolu ilə mümkün olacaq"

Almaniya prezidenti Frank Valter Ştaynmayer Yaxın Şərqdə daimi sülhün iki dövlətli həll yolu ilə mümkün olacağı mövzusunda Türkiyə ilə həmfikir olduqlarını bildirib.

Bizimyol.nfo "AA"ya istinadən xəbər verir ki, Almaniya prezidenti Ştaynmayer səfərdən sonra 22-24 aprel tarixlərində Türkiyədəki təmaslarını türk jurnalistlərə dəyərləndirib.

Ştaynmayer ölkəsinin və Türkiyənin Yaxın Şərqdəki münaqişələrə fərqli baxışlarının olduğuna diqqət çəkib: “Ancaq biz Türkiyə ilə razılaşırıq ki, Yaxın Şərqdə daimi sülh iki dövlətli həll yolu ilə mümkün olacaq”, - deyib.

Türkiyədəki təmaslarını konstruktiv olaraq xarakterizə edən Ştaynmayer qeyd edib ki, Türkiyəyə səfərimin hər dəqiqəsi onun üçün qiymətli olub.

Almaniya prezidenti Türkiyəyə səfərinin iki ölkə arasındakı əlaqələr baxımından əhəmiyyətinə toxunub: “Diplomatik münasibətlərimizin başlamasının 100-cü ildönümündə Türkiyəyə gəlmək mənim üçün çox vacib idi”, - qeyd edib.

İki ölkənin NATO-da G20 müttəfiqi üzvü olduğuna diqqət çəkən Ştaynmayer: “Türkiyə-Almaniya olaraq bir-birimiz üçün əvəzsizik, bir-birimizə ehtiyacımız var”, - deyib.

Qaziantepdə 23 aprel şənliyinə qatıldığını, daha sonra Nurdağı rayonunda zəlzələ qurbanları üçün qurulan konteyner şəhərini ziyarət etdiyini bildirən Ştaynmayer, oradakı təmaslarından təsirləndiyini bildirib.

6 fevral 2023-cü ildə baş verən zəlzələnin Türkiyə və Suriyada çoxlu sayda insanın ölümünə səbəb olduğunu xatırladan dövlət başçısı: "Zəlzələdən bir il sonra bölgəyə səfərim də mənim üçün mənalı oldu. Sağ qalanlar üçün sığınacaqların çox tez hazırlandığını və uşaqların məktəblərə getdiyini görmək sevindirici hal idi", - deyə vurğulayıb.

Bölgədəki yenidənqurma işlərinin "təqdirəlayiq" olduğunu bildirən Ştaynmayer: "Almaniya olaraq zəlzələ qurbanlarını unutmayacağıq və onlara dəstək verməyə davam edəcəyik", - deyib.

Almaniyanın "DHL" logistika şirkətinin İstanbul hava limanındakı qərargahına səfərinə toxunan Ştaynmayer prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə bu səfəri də müzakirə etdiklərini bildirib. Bu mərkəzin sürətli hava yük daşımaları sektorunda bir model olduğunu deyən Steinmeier, Avropa ölkələri arasında "Ar-Ge" Mərkəzi çərçivəsində qurulan ilk Rəqəmsal Çevrilmə Ofisinin İstanbulda olmasının sevindirici olduğunu bildirib.

Türkiyə vətəndaşları üçün viza rahatlığı və ya ümumiyyətlə viza prosedurlarında nə vaxt irəliləyiş olacağı ilə bağlı suala isə Ştaynmayer cavab verərək bildirib ki, Türkiyədəki baş konsulluq işçilərinin sayı artırılıb, proses müddətinin qısaldılması və görüşlərin daha sürətli aparılması üçün işlər aparılır. Ştaynmayer prezident Ərdoğanın Almaniyada keçiriləcək və Türkiyə millisinin mübarizə aparacağı "AVRO 2024"ə qatılmasını gözlədiyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »