Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Netanyahunun Fələstin tərəfdarı etirazçıları sıxışdırmağa çağırması ilə bağlı fikirləri rədd edir
ABŞ Netanyahunun Fələstin tərəfdarı etirazçıları sıxışdırmağa çağırması ilə bağlı fikirləri rədd edir

ABŞ Dövlət Departamenti İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ universitetlərində Fələstin tərəfdarı etirazlarla bağlı bəyanatının “repressiya çağırışı” olduğu fikri ilə razılaşmadığını bildirib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Netanyahunun sözlərinin ABŞ universitetlərində Fələstinin lehinə aksiya keçirən etirazçılara təzyiq çağırışı olub-olmaması ilə bağlı suala Patel: "Mən onun (Netanyahunun) şərhlərini izah etməyi baş nazirin ofisinə buraxacağam, lakin onun təzyiqə çağırış etəsinə inanmıram", - deyə cavab verib. Netanyahunun sözlərinin ABŞ-ın daxili siyasətinə müdaxilə edən xarici liderə bərabər olub-olmaması ilə bağlı suala Patelin cavabı belə olub: “Mən bunu müdaxilə ilə eyni səviyyəyə qoya bilmərəm”.

Netanyahu ABŞ-dakı tələbə etirazlarının Harvard Universitetinə sıçramasından sonra yayımladığı videomüraciətində: "Amerikanın kollec kampuslarında baş verənlər dəhşətlidir. Dəstələr aparıcı universitetləri ələ keçiriblər", - deyə qeyd edib. O, İsrailin Qəzzaya hücumlarına etiraz edən tələbələri "anti-semit dəstələri" adlandırıb.

Qəzzadakı 3 kütləvi məzarlıqla bağlı iddialara aydınlıq gətirmək üçün Qəzzadakı səlahiyyətlilər müstəqil araşdırma tələb etsə də, Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Patel, İsrail ordusunun bu mövzuda verdiyi açıqlamalara istinad edib.

O, Amerikanın niyə müstəqil bir təşkilat tərəfindən kütləvi məzarlarla bağlı araşdırma aparılması ideyasını dəstəkləmədiyi sualına birbaşa cavab verməyib: "Biz İsrail hökumətindən bəzi əlavə məlumatları görmək üçün xahiş etməyə davam edirik. İnanırıq ki, hərtərəfli araşdırma ilə bəzi əlavə cavablar ala bilərik", - deyib.

İsrail ordusunun aylarla davam edən hücum və işğaldan sonra geri çəkildiyi Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində kütləvi məzarlıqlar aşkar edilib. Fələstinin rəsmi xəbər agentliyi "WAFA" Qəzzadakı sağlamlıq mənbələrinə istinadən verdiyi xəbərdə, axtarış-xilasetmə qruplarının Nasser Xəstəxanası kompleksindəki kütləvi məzarlıqdan İsrail əsgərləri tərəfindən öldürülən müxtəlif yaş qruplarından kişi və qadın 190 nəfərin cəsədini çıxardığını açıqlayıb.

Qəzza rəsmiləri bəyan ediblər ki, kütləvi məzarlıqlardan çıxarılan cəsədlərin əksəriyyəti, o cümlədən uşaqlar, öldürülməzdən əvvəl işgəncələrə məruz qaldıqlarını göstərən sübutlar var.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi aprelin 23-də ABŞ-ın sözügedən kütləvi məzarlarla bağlı təhqiqata başlamasının və ya ona qarışmasının mümkün olmadığını və İsrailin araşdırmalarını izləyəcəklərini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »