Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa qlobal istiləşmədən dünyanın qalan hissəsi ilə müqaisədə iki dəfə artıq əziyyət çəkir
Avropa qlobal istiləşmədən dünyanın qalan hissəsi ilə müqaisədə iki dəfə artıq əziyyət çəkir

İqlim dəyişiklikləri son illərdə temperaturun dözülməz həddə çatmasına səbəb olub. 2023-cü il tarixdə ən isti il ​​olsa da, təhlillər son 10 ayda ardıcıl olaraq temperatur rekordlarının qırıldığını göstərdi.

Bizimyol.info "webtekno" ya istinadən xəbər verir ki, "22 Aprel Yer Günü" çərçivəsində paylaşılan hesabat Avropada vəziyyətin qorxulu həddə çatdığını ortaya qoyub.

Dünən dərc edilən və 2023-cü il üçün məlumatları ehtiva edən Avropa İqlim Durumu (ESOTC) adlı hesabata görə, Avropa qitəsi qlobal orta göstəricidən təxminən iki dəfə artıq sürətlə istiləşir. Hesabat Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Meteorologiya Təşkilatı ilə birgə dərc edilib.

2023-cü il Avropa tarixində qeydə alınan ən isti 2-ci il olub

5 illik ortalamaya əsaslanan tapıntılara görə, Avropada temperatur 2,3 dərəcə Selsi yüksəlir. Dünya üzrə orta göstəricinin 1,3 dərəcə olması qitədəki vəziyyətin təhlükəli olduğunu ortaya qoyur. Həmçinin 2023-cü ilin Avropada qeydə alınan ən isti ikinci il olacağı da bildirilir.

Hesabatda Cənubi Avropanın bəzi hissələrinin "güclü istilik stressi" yaşandığı, yəni keçən il 60-80 gün ərzində həddindən artıq istilərin olduğu müəyyən edilib. İspaniyada 80 gün ərzində “çox güclü istilik stressi” qeydə alınıb. Şimali Avropada "həddən artıq soyuq stress" yaşandığı halda, İslandiyada 100 günə qədər davam edən -16 dərəcə istilər müşahidə olunub.

Son 20 ildə istidən ölümlər 30% artıb!

Bunlardan başqa, istidən ölüm hallarının əhəmiyyətli dərəcədə artdığı da aşkarlanıb. Qitədə isti vurma kimi səbəblərdən ölənlərin sayı son 20 ildə 30% artıb. Təəccüblü olmadığını söyləmək olar. 2023-cü ilin yayında dünyanın hər yerindən isti dalğaların xəbərlərini gördük. Bu vəziyyət yaşından asılı olmayaraq hər kəsi təhlükə altına qoyub. Eyni zamanda sel və meşə yanğınları kimi fəlakətlər də baş verib. Xatırlayırıq ki, Türkiyədə də oxşar həddindən artıq istilər müşahidə etmişdik.

"ESOTC" hesabatı vəziyyətin pisləşməsinin ən son sübutudur. İqlim mütəxəssisləri Avropanın coğrafi mövqeyinin baş verənlərə böyük təsir etdiyini deyirlər. Dünyanın ən sürətlə istiləşən bölgəsinin Şimal qütbündən bir qədər aşağıda yerləşməsi və daim istiləşən sularla əhatə olunması vəziyyəti daha da pisləşdirib. Ötən ilin məlumatları göstərdi ki, Qara dəniz, Baltik dənizi və Aralıq dənizi dünya üzrə orta göstəricidən üç dəfə artıq istiləşir.

Hesabat narahatlıq doğursa da, bir müsbət irəliləyiş var. Keçən il Avropa mədən yanacaqlarından daha çox günəş və külək kimi bərpa olunan enerji mənbələrindən istifadə edib. İkinci dəfə belə bir şeyin baş verməsi bərpa olunan mənbələrə keçidin sürətləndiyini ortaya qoyub. Ümid edirik ki, daha çox tədbir və addımlar atılacaq, bununla da mümkün fəlakətlərin qarşısı alınacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »