Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya XİN rəhbəri İsrailin İrana cavabının başa çatdığını bildirib
İtaliya XİN rəhbəri İsrailin İrana cavabının başa çatdığını bildirib

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani hesab edir ki, İranın hücumuna İsrailin cavabı başa çatıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "RAI News 24" kanalının efirində bildirib.

“Hələlik İsrailin İrandakı əməliyyatı başa çatmış kimi görünür”, - deyə o qeyd edib. Kapri adasında Yeddilik Xarici İşlər Nazirləri Qrupunun iclasına sədrlik edən nazir, G7-nin bölgədə gərginliyin azaldılmasına çalışdığını və Qəzza zolağının cənubundakı Rəfahda İsrailin hücumunun qarşısını almağa çalışdığını qeyd edib.

Amerikanın "ABC" televiziya şirkəti daha əvvəl ABŞ administrasiyasının rəsmisinə istinadən İsrailin İran ərazisindəki obyektə raket zərbəsi endirdiyini bildirmişdi. "CNN" də amerikalı rəsmiyə istinadla qeyd edib ki, bu hücum İsrailin aprelin 13-də İranın hücumuna cavabı olub.

İran mediası cümə günü yerli vaxtla təxminən saat 03:00-da İsfahan əyaləti üzərində səmada dronların göründüyünü bildirib. İran dövlət televiziyasının məlumatına görə, İsfahan səmasında üç pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

"Tasnim" agentliyinin məlumatına görə, İran ərazisinə heç bir raket zərbəsi endirilməyib. "Press TV" mənbələrə istinadən xəbər verir ki, İran şəhərləri heç bir dövlət tərəfindən hücuma məruz qalmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »